07 İyul 2026
Dünya futbolu

Kalvin Filips “Everton”a keçə bilər

“Mançester Siti”nin ingiltərəli yarımmüdafiəçisi Kalvin Filips karyerasını “Everton”da davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, Mersisayd təmsilçisi yanvar ayında 29 yaşlı futbolçunun transferi üçün “şəhərlilər”ə rəsmi təklif göndərəcək.

Filipsin bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir. Qeyd edək ki, o, ötən mövsümü “İpsviç” klubunda icarə əsasında keçirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43