Kateqoriyasız

Kamran Ağayev: “Azərbaycanca desəm, bura çox yaxşıdır”

Milli komandamızın və “Kayserispor” klubunun qapıçısı Kamran Ağayev komanda yoldaşı Alper Uludağla birgə Kadır Has Anadolu litseyini ziyarət edib.

İdmanxeber.com-un məlumatına görə, futbolçular tələbələrlə görüşüblər və burada öz fikirlərini də bölüşüblər. Ağayev tələbələrlə görüşdə bunları deyib:

“İlk dəfə tələbələrdən gül aldım. Bu, məni çox duyğulandırdı. Türkiyə mənim ikinci vətənimdir. Kayseridə özümü çox xoşbəxt hiss edirəm”. Tələbələrin “Kayserispor”da qalıb-qalmayacağına dair sualına isə Ağayev belə cavab verib: “Türkiyə bizim ikinci vətənimizdir. “Kayserispor”da, Kayseridə çox xoşbəxtəm. Azərbaycanca desəm, bura çox yaxşıdır. Anlaşa bilsək, niyə də qalmayım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43