Ölkə futbolu

Kamran Ağayev əməliyyat olundu: 1 ay futboldan uzaq qalacaq – FOTO

DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə baş tutan (1:1) son matçından zədələnən Kamran Ağayev əməliyyat olunub. Dizində mensk yırtığı əmələ gələn “Bakı”nın qolkiperi srağagün yollandığı Türkiyədə “Acıbadem Fulya Xəstəxanası İdman Sağlamlıq Mərkəzi”ndə bıçaq altına yatıb. Əməliyyatda futbolçunun yırtıq menskləri kəsilərək götürülüb. Bundan sonra Kamranın 1 ay futboldan uzaq qalacağı bəlli olub.

 

Bundan başqa, xeyli vaxtdır ambulator müalicə alan komandamızın daha bir futbolçusu Mario Rubio da eyni xəstəxanada cərrah masasına uzanmalı olub. İspaniyalı futbolçuya ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub. Əməliyyatdan sonra fiziki bərpa prosesi keçəcək yarımmüdafiəçinin 6 həftə sonra yaşıl meydana dönməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43