06 İyul 2026
Ölkə futbolu

“Karvan” FİFA-dan xəbər gözləyir – Avtobus da  yoldadır

“Karvan” azarkeşləri komandalarının Yevlaxa qayıdışını gözləyir. Uzun müddətdir davam edən təmir işləri artıq yekunlaşıb. 

Stadionla yanaşı, klubun avtobus məsələsi də müzakirə olunur. Çünki bölgə təmsilçisi səfər oyunlarına fərqli – fərqli minik vasitəsiləri ilə gəlir.

Klubun stadion və avtobus məsələsi ilə bağlı “Karvan”ın mətbuat katibi Bəhruz Musayevlə əlaqə saxladıq. O, İdmanxeber.az saytına bunları dedi:

“Avtobus yoldadır, gəlir. Çindən çıxıb, hazırda Qazaxıstandadır. Stadionla bağlı da hər şey hazırdır, yalnız FIFA-nın sertifikat verməsi qalıb. Ondan sonra PFL təftiş aparacaq və qərar o zaman məlum olacaq”.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43