Kateqoriyasız

Karyerasını bitirdiyini açıqlayan Pike “Barselona”nın heyətində

Bir neçə gün öncə karyerasını başa vuran Jerar Pike La Liqanın 14-cü turunda “Osasuna” ilə matç üçün “Barselona”nın iştirak ərizəsinə daxil edilib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Kataloniya təmsilçisinin heyətindəki problemlərdir. Noyabrın 5-də ispaniyalı futbolçu La Liqanın 13-cü turunda “Kamp Nou” stadionunda “Almeriya”ya qarşı keçirilən matçdan (2:0) sonra karyerasını başa vurmuşdu.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pike 2004-cü ildə “Mançester Yunayted”ə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43