Dünyadan

Kaxaber Sxadadze: “Bakı təmsilçisi bundan imtina da edə bilərdi”

“Mənə etimad göstərdiyi üçün Gürcüstan Futbol Federasiyasına və yığmada işləməyimə imkan yaradan “İnter” klubuna təşəkkür etmək istəyirəm. Hərçənd, Bakı təmsilçisi bundan imtina da edə bilərdi”.

Idmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in çalışdırıcısı Kaxaber Sxadadze UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Gürcüstanlı mütəxəssis ölkəsinin yığmasını çalışdırmağın onun arzusu olduğunu bildirib: “Futbolçulara inanıram. Onlar güclüdürlər, qələbə qazana və böyük turnirlərdə iştirak edə bilərlər. Ölkəsinin millisini çalışdırmaq hər bir məşqi üçün ən yüksək mövqedir. Bu hər kəsin arzusudur. Gürcüstanda futbolun inkişafına töhvə vermək şansım olduğu üçün çox şadam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43