İdman

“Keşlə”nin daha bir sabiq futbolçusu ömürlük futboldan uzaqlaşırıldı

Bakı “İnter”inin (hazırkı “Keşlə”) sabiq hücumçusu Vladimir Makovski futboldan ömürlük kənarlaşdırılıb.
 
İdmanxeber.com-un görə, buna onun Belarusun “İsloç” komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirakı səbəb olub.

Onunla birlikdə “İsloç”un formasını geyinmiş Aleksandr Tişkeviç, Aleksandr Lebedev, Andrey Porıvayev, Yuri Rıjko, həmçinin Sergey Şumanov, İqor Juravlyov (hər ikisi “Luç”), Vitali Jeludok, Vyaçeslav Palaznik, Yeqor Qudel, Aleksey Sakoviç (hamısı “Oşmyanı-BQUFK”) və İlya Qavrilov (“Qranit”) da eyni cəzaya məruz qalıb.

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004-2006-cı illər mövsümlərində “İnter”də çıxış ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43