“Fənərbağça”nın yeni baş məşqçisi açıqlanıb.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Montella ilə anlaşıb. Rəsmi açıqlamanın yaxın vaxtda ediləcəyi vurğulanıb.
Xatırladaq ki, italiyalı mütəxəssis “Adana Demirspor”u çalışdırıb. Onun komandası cari mövsüm Super Liqanı 4-cü sırada bitirib.

