“Qalatasaray”la SOCAR arasında sponsorluq əməkdaşlığının başa çatdığı bildirilir.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu istiqamətdə yeni sponsorluq variantları üzərində çalışır. Tərəflər arasında 2023/2024 mövsümündə imzalanan üçillik müqaviləyə əsasən, SOCAR klubun avrokubok oyunlarında forma sponsorlarından biri idi.
Son məlumatlara əsasən, tərəflər arasındakı əməkdaşlığa son verilib. Klubun yeni sponsor axtarışlarını davam etdirdiyi qeyd olunur.

