Dünya futbolu

Klose İsveçrə klubuna baş məşqçi keçir

İsveçrənin “Sürix” klubu növbəti mövsümə Miroslav Kloseni baş məşqçi təyin etməyi düşünür.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik hazırkı mütəxəssis Giorgio Kontinin işindən narazıdır. Bu səbəbdən də onunla yollar ayrıla bilər.

“Sürix”in artıq Klose ilə danışıqlara başladığı və tərəflər arasında müzakirələrin aparıldığı bildirilir. 

Almaniyalı mütəxəssis cari mövsümə “Altax” klubunda başlasa da, mart ayından onunla yollar ayrılıb. Avstriya klubunda çalışmaq Klosenin baş məşqçi kimi ilk təcrübəsi idi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43