Dünya futbolu

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la bacarmadı

Konfrans Liqasında 1/4 final mərhələsi başa çatıb.

İdmanxeber.az məlumat verir ki, “Fənərbağça” mübarizəni bu mərhələdə dayandırıb.

İlk görüşdə səfərdə “Olimpiakos” minimal hesabla məğlub olan İstanbul klubu evindəki görüşə yaxşı başlayıb. Bunun məntiqi nəticəsi olaraq İrfan Can Kahveci 12-ci dəqiqədə hesabı açıb. Bu qol görüşdə yeganə olub. Oyunun əsas və əlavə vaxtında tərəflər fərqlənə bilməyib.

Oyun sonrası penaltilərdə isə “Olimpiakos”un qolkiperi Konstantinos Tsolakis “Fənərbağça”lı oyunçuların 3 penaltisini dəf edərək komandasını növbəti mərhələyə yüksəldib.

Beləliklə yarımfinal cütlükləri “Aston Villa” – “Olimpiakos” və “Fiorentina” – “Brügge” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43