Dünya futbolu

Avropa Liqası: “Liverpul” mübarizəni dayandırdı

Avropa Liqasında 1/4 final mərhələsində ilk yarımfinalçılar bəlli olub.

İdmanxeber.az məlumat verir ki, ilk oyunda “Enfild Roud”da “Atalanta”ya 0:3 hesabıyla məğlub olan “Liverpul” İtaliyada Salahın qoluyla hesabı erkən açıb. Lakin bu qol görüşdə yeganə olub. “Atalanta” yarımfinalda “Marsel” – “Benfika” cütünün qalibiylə qarşılaşacaq.

Digər görüşdə ilk görüşdə evində 2:0 hesabıyla qələbə qazanan “Bayer” bu dəfə Londonda “Vest Hem”lə qarşılaşıb. Hesabı London klubu açıb. Görüşün son dəqiqələrində Emmanuel Frimponq hesabı bərabərləşdirərək “Bayer”in məğlubiyyətsizlik seriyasının qırılmağına icazə verməyib. 

“Bayer” yarımfinalda hər iki oyunda “Milan”ı məğlub edən “Roma” ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43