Dünya futbolu

Konfrans Liqası: “Aston Villa” və “Fiorentina” yarımfinala yüksəldi

Konfrans Liqasında ilk iki yarımfinalçı bəlli olub.

İdmanxeber.az məlumat verir ki, ilk görüşdə 2:1 hesabıyla qələbə qazanan “Aston Villa” bu dəfə səfərdə “Lill”lə qarşılaşıb. Görüş Fransa klubunun eyni hesablı qələbəsiylə başa çatıb. Uzatmalara gedən oyunda heç bir tərəf bərabərliyi poza bilməyib. Penaltilər nəticəsində isə sevinən “Aston Villa” olub. Birmingemlilərin argentinalı qolkiperi Emiliano Martines 2 penaltini dəf edərək komandasını növbəti mərhələyə yüksəldib.

Digər 1/4 final görüşündə isə “Fiorentina” “Viktoriya”nı (Plzen) qəbul edib. Komandalar arasında keçirilən ilk görüşündə hesab açılmamışdı. Florensiyadakı görüşündə əsas vaxtında tərəflər fərqlənə bilməyib. Uzatmalarda isə “Fiorentina” 2 qol vuraraq azlıqda qalmış rəqibini məğlub edə bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43