Dünya futbolu

Kriştiano Ronaldo: “Qarşıda hələ cavab oyunu var”

“Bavariya”ya qarşı oynamaq çətindir. Yaxşı ki, ikinci hissənin əvvəlində hesabı bərabərləşdirdik. Əla oynadıq və qalib gəldik. Amma qarşıda hələ cavab görüşü var”.

“Marca”nın yaydığı xəbərə görə, bu sözləri “Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

Portuqaliyalı hücumçu daha çox qol vurmaq şanslarının olduğunu bildirib:

“Ancaq Noyer yaxşı seyvləri ilə buna imkan vermədi. Futbol sürprizlərin əsiridir. Əgər Arturo Vidal penaltini reallaşdırsaydı, hər şey daha fərqli ola bilərdi. Ancaq biz qol vurduq və rəqib azlıqda qaldı. Bundan sonra hər şey dəyişdi”.

Qeyd edək ki, K.Ronaldo sözügedən matçda dubla imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43