İdman

“Kukesi”nin Bakıya səfərinin proqramı bəlli oldu

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Kukesi” klubunun Bakıya səfər proqramı bəlli olub.  

İdmanxeber.com-un məlumatına görə, Albaniya təmsilçisi bu gün Bakı vaxtı ilə saat 23:00-da yola düşəcək.  “Kukesi” Tirana-İstanbul-Bakı marşrutu ilə Azərbaycana gələcək. Komanda üzvlərinin paytaxtdakı dəbdəbəli otellərdən birində məskunlaşacağı bildirilir.

Komanda avqustun 2-də Bakını tərk edəcək.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq. İlk görüş qolsuz heç-heçə ilə nəticələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43