Azərbaycan millisinin üzvü Ufuk Budaqın yeni klubu müəyyənləşib.
İdmanxzeber.com-un məlumatına görə, 28 yaşlı müdafiəçi Türkiyə 1-ci liqasında çıxış edən “Boluspor”la anlaşıb. Klubun rəsmi saytı onunla 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Ufuk ötən mövsüm Türkiyədə “Samsunspor”da çıxış edib.

