13 İyul 2026
İdman

“Qarabağ” – “Kukesi” matçına nə qədər bilet satılıb? – SON MƏLUMAT

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” – “Kukesi” oyununa 11 min bilet satılıb.

İdmanxeber.com-un məlumatına görə, oyun gününə kimi bütün biletlərin satılması gözlənilir.

Qeyd edək ki, bu komandaların cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21.00-da başlanacaq. Komandaların Albaniyadakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.

Klubun rəsmi saytı yazır ki, “Qarabağ” – “Kukesi” oyununa biletləri aşağıdakı ünvanlardan ala bilərsiniz:

T. Bəhramov adına Respublika stadionunun kassaları

Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)

Heydər Əliyev Sarayının kassası 28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43