Dünya futbolu

Kumanın “qara siyahı”sı: Bu futbolçular “Barselona”dan göndərilir

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman 4 futbolçunu komandada istəmədiyini rəhbərliyə bildirib.

İdmanxeber.az İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bunlar İvan Rakitiç, Samuel Umtiti, Luis Suarez və Arturo Vidaldı.

Hollandiyalı mütəxəssis bu futbolçulara özünə yeni klub tapmalarını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43