12 İyun 2026
Ölkə futbolu

Kurban Berdiyev: “Hər oyunda kobud səhvlər buraxırıq”

“Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq. Bu birbaşa nəticəyə təsir edir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Sumqayıt” oyunu (1:2) sonrası deyib. O, daha sonra belə davam edib:

“Çətindir. Səhvləri göstəririk, başa salırıq. Amma yenə eyni səhvləri edirlər. Seleksiyada səhv görmürəm. Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram. Bütün məsuliyyət məndədir.

Avrokuboklara vəsiqə qazana bilməsəkdə də, burada qalacam. Vəzifəmiz olduğu kimi qalır. Belə üzücü məğlubiyyətlər olur. Səhvlər nəticəyə təsir edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43