“Betis”in qapıçısı Klaudio Bravo komanda ilə müqaviləsini uzadıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yeni müqavilə gələn mövsümün sonuna qədər nəzərdə tutulub.
Bravo 2020-ci ilin avqustunda “Mançester Siti”dən pulsuz olaraq “Betis”ə keçib.
İspaniya çempionatında 40 yaşlı Bravo “Barselona” və “Real Sosyedad”da da çıxış edib.

