Kateqoriyasız

“Legiya” Ramili transfer edir – anlaşma əldə olundu

“Legiya” azərbaycanlı futbolçu Ramil Mustafayevlə anlaşıb.

İdmamxeber.az xəbər verir ki, Polşanın “Stal” klubunda forma geyinən müdafiəçi yeni komandasında tibbi müayinədən keçdikdən sonra müqavilə bağlayacaq.

Qeyd edək ki, Ramil Mustafayev Rusiyada anadan olub. O, daha sonra ailəsi ilə birlikdə Polşaya köçüb. 2019-cu ildən “Stal”da çıxış edir. Müdafiəçi cari mövsümdə meydana çıxdığı 13 matçda 3 qol vurub.

Ramil daha əvvəl Azərbaycan yığmasından təklif alsada, bunu qəbul etməyib. Onun Polşa vətəndaşlığı üçün müraciət edəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43