Kateqoriyasız

“Lex” “Qarabağ”la oyun öncəsi gücləndi

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Lex” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Poznan təmsilçisi “Belenenseş”dən Alfonso Sousanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Qarabağ” “Lex”ə qarşı qarşı ilk görüşünü iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43