Kateqoriyasız

“Leyptsiq”in futbolçusu “Qalatasaray”da

“Leyptsiq”in sol cinah müdafiəçisi Marselo Saraççi karyerasını “Qalatasaray”da dacam egdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi 21 yaşlı futbolçunu 1,5 illik icarəyə götürüb. Tərəflərin anlaşdığı və transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir. Saraççinin gəlişindən sonra “sarı-qırmızılar”ın yaponiyalı müdafiəçi Yuto Naqatomo ilə yolları ayıracağı gözlənilir.

“Leyptsiq” uruqvaylı futbolçunu 2018-ci ildə “River Pleyt”dən 12 milyon avroya transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43