Dünya futbolu

“Liverpul” mövsümün ilk kubokunu qazandı

İngiltərə Liqa Kubokunun finalında “Liverpul” və “Çelsi” qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün əsas vaxtında hesab açılmayıb. Əlavə edilmiş ilk 15 dəqiqədə də tərəflər fərqlənə bilməyib.

Qarşılaşmada tək qol 118-ci dəqiqədə vurulub. “Liverpul”un müdafiəçisi Vircil Van Dayk status-kvonu pozub.

Mersisayd klubu Yürgen Klopp rəhbərliyində 8-ci kubokunu qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43