Kateqoriyasız

“Liverpul” “Vilyarreal”ı məğlub etdi – YENİLƏNİB

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub. “Liverpul” doğma meydanda “Vilyarreal”ı qəbul edib. Görüş ingilislərin qələbəsi ilə yekunlaşıb – 2:0.

Qeyd edək ki, ilk yarımfinal matçında dünən”Mançester Siti”  Madrid “Real”ını 4:3 hesabı ilə məğlub edib. Bu mərhələnin cavab oyunları 3-4 may tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

28 aprel

23:00. “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 2:0

Qollar: Estupinan, 53-avtoqol, Origi, 81

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul, “Enfild” stadionu

26 aprel

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) – 4:3 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43