06 İyul 2026
Dünya futbolu

“Liverpul”a keçmək istəyən oyunçu cəzalana bilər

“Nyukasl” forvard Aleksander İsakı cəzalandıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı hücumçu “Aston Villa” və “Liverpul”la Premyer Liqa oyunlarını boykot etməyi planlaşdırır. “Liverpul”a keçmək istəyən İsveç millisinin üzvü hazırda komanda ilə məşqlərdə iştirak etmir.

Hələlik rəsmi cərimə tətbiq olunmasa da, futbolçu qarşıdakı oyunlara çıxmasa, klub tərəfindən cəzalandırılacaq.

İsakın “Nyukasl”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43