29 İyun 2026
Dünya futbolu

“Liverpul”la müqaviləmi uzatmasaydım, ora gedə bilərdim” – Salahdan açıqlama

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanında oynamağa yaxın olduğunu təsdiqləyib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə misirli futbolçu özü açıqlama verib:

“Mən Səudiyyə liqasına qoşulmaq üçün yaxşı fürsət olduğunu düşünürdüm. “Liverpul”la müqaviləmi uzatmasaydım, ora gedə bilərdim. Səudiyyə Ərəbistanındakı insanlarla münasibətim yaxşıdır”.

Eyni zamanda, Sahal “Barselona” və “Real”la danışıqlar apardığı barədə məlumatları təkzib edib.

Salah 2024/25 mövsümündə Premyer Liqada ilin ən yaxşı futbolçusu seçilib. 32 yaşlı misirli 38 oyun keçirib, 29 qol vurub və 18 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43