“Liverpul”un futbolçusu Luis Dias komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. Onun xidmətində “Əl-Nəsr” klubu maraqlıdır.
Ərəblər yaxın zamanda Dias üçün “Liverpul”la danışıqlara başlayacaq. “Əl-Nəsr” 28 yaşlı oyunçu üçün İngiltərə klubuna 85 milyon avro təklif edəcək.
“Liverpul” Luis Diası 2022-ci ilin yanvar ayında “Portu”dan transfer edib.

