İdman

“Liverpul”un futbolçusunun zədəsi ciddidi – DÇ-nı da buraxacaq

İngiltərə milli komandasının və “Liverpul” klubunun futbolçusu Aleks Oksleyd-Çemberlen Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında doğma meydanda İtaliya “Roma”sı görüşdə xəsarət alan 25 yaşlı yarımmüdafiəçinin zədəsi ciddidir. 

Tibbi müayinə nəticələrinə əsasən, futbolçunun diz bağlarının qırılmasından qaça bildiyi bəlli olub. Oksleyd-Çemberlen bərpa proqramına başlayacaq və növbəti mövsüm sıraya dönə biləcək. O, mövsümün qalan hissəsini və DÇ-2018-i buraxmalı olacaq. 

Qeyd edək ki, “Liverpul” – “Roma” matçı meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43