Dünya futbolu

“Məni gücləndirən oyun tərzinə xəyanət etmərəm” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis komandanın öz oyun üslübundan əl çəkməyəcəyini bildirib:

“Kim “Barsa”nın özünə qayıtmasını istəyirsə, narahat olmasın. Mən bunu edəcəm. Topla oynayan komanda yaratmaq fikrim var. Elə vaxtlar olur ki, sənin oyun planın olur, amma uyğunlaşmalısan. Təmsil etdiyim üsluba necə qarşı çıxa bilərəm?

Məni gücləndirən oyun tərzinə heç vaxt xəyanət etmərəm. Əgər mən futbolda kimsəyəmsə, bu, yalnız o sistemə görədir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43