Kateqoriyasız

“Mahir Buna görə hətta incimişdi” – Qurban Qurbanov

Azərbaycan Premyer LiqasınınXXIV turunda keçiirlən “Qəbələ” – “Qarabağ” oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jrunalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

– Hesab 5:0 olsa da, rəqib haqda xoş sözlər deməliyəm. “Qəbələ” rəqiblərindən çəkinmir, məzmunlu oynayır. Buna görə də, Elmar Baxşıyevi təbrik edirəm. İkinci hissədə əlimizə düşən qol epizodlarını dəyərləndirdik. Futbolçularımı təbrik edirəm.

– Patrik Andrade və Bədavi Hüseynovun durumu necədi?
– Andradeola bilsin ki, sabahdan kollektivlə birgə çalışsın. Bədavi “Sumqayıt”la oyundan sonra arxa əzələsində ağrı hiss etmişdi. Bu nahiyə problemlidi. Fərdi hazırlaşır. Həkimlərin qərarından asılı olacaq.

– İlk hissə ilə ikinci hissənin fərqini izah edərdiniz…
– Qol vurmağı bacaran futbolçuların meydanda olması böyük üstünlükdü. İlk hissədə bir neçə qol epizodumuz oldu. Rəqib də diqqətli idi. Futbolda bəzən belə şeylər olur.

– Mahir penaltini vurmağı özü istədi?
– Bizim penalti vuranımız Uroş Matiçdi. O da meydanda yox idi. Filip Ozobiç də zədəlidi. Ötən illərdə Dabo ilə bombardirlik yarışında olan Mahir penalti istəmişdi, amma icazə verməmişdim vurmağına. İncimişdi hətta, amma sonradan “Neftçi”yə 2 qol vurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43