Kateqoriyasız

Mahir Emreli derbidə oynayacaqmı? – Jelko Kopiç açıqladı

“Mahir bütün oyunçularla eyni statusdadır və mən şənbə günü derbidə ona şans verəcəyəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”sunun baş məşqçisi Jelko Kopiç deyib.

Komanda Xorvatiya çempionatının 27-ci turunda “Hayduk”un qonağı olacaq. Derbi öncəsi danışan təcrübəli mütəxəssis daha sonra sözlərinə bela davam edib:

“Mahir bura yeni gələndə heç də yaxşı formada deyildi. Çünki uzun müddət komanda ilə məşqlərdən, oyunlardan kənar qalmışdı. Mən ona şans verə biləcəyim an axtarırdım. Düzdür, çox oyun buraxır, amma keyfiyyətli futbolçudur. Mənim üçün hər bir futbolçu eynidir”.

Qeyd edək ki, martın 12-də keçiriləcək “Hayduk” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43