Almaniyanın “Kayzerslautern” klubunun futbolçusu Mahir Emreli karyerasını Polşada davam etdirə bilər.
İdmanxeber.az Almaniya mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü “Rakov” klubu ilə danışıq aparır. Hətta oyunçu ilə Polşa təmsilçisinin anlaşdığı iddia edilib.
Almaniya klubunun da Emrelinin gedişinə mane olmayacağı bildirilir. Azərbaycanlı futbolçu komandanın gələcək planlarına daxil deyil.
Xatırladaq ki, yarımmüdafiəçinin “Kayzerslautern”lə 2028-ci ilə qədər müqaviləsi var.

