Ölkə futbolu

Mahir Şükürov: “İsrail kimi rəqiblə hər iki oyunda heç-heçə etmək yaxşı nəticədi”

"İsrail səfərindən azı 1 xalla qayıtmaq istəyirdik. Məncə, elə hesab da oyuna görə oldu. Amma yenə də qələbəni əldən verdiyimzə görə təəssüflənirəm. İsrail kimi rəqiblə hər iki oyunda heç-heçə etmək yaxşı nəticədi".

Bu sözləri millimizin üzvü Mahir Şükürov deyib.

"Neftçi"nin vitse-kapitanı Rusiya və Şimali İrlandiya ilə oyunlarla bağlı da danışıb. Futbolçu bu qarşılaşmalardan azarkeşləri sevindirmək istədiklərini bildirib: "Son iki qarşılaşmanı evdə keçirəcəyik. Həmin görüşlərdə qalib gəlib azarkeşlərimizi sevindirməyə çalışacağıq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43