Kateqoriyasız

“Mahiri televiziyada izləyəndən sonra qarşımda bir az təkəbbürlü insan olacağını gözləyirdim”

Polşanın “Legiya” komandasının baş məşqçisi Aleksandr Vukoviç açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, yerli mətbuata danışan Vukoviç, azərbaycanlı hücumçu Mahir Emreli haqda bunları söyləyib:

“Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim. Televiziyada izləyəndən sonra qarşımda bir az təkəbbürlü insan olacağını gözləyirdim.

Mahir məni təəccübləndirdi və əks təəssürat yaratdı. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43