Kateqoriyasız

Çempionlar Liqası: Mahir oynadı, “Dinamo” qrupa vəsiqə qazandı

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə 3 cavab qarşılaşması keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiyada Norveçin “Budyo Qlimt” klubunu sınağa çəkir. Matçın əsas vaxtı 2:1 hesabıyla başa çatıb. “Bodyo-Qlimt” ilk oyunda minimal hesablı qələbə qazandığı üçün ümumi hesab bərabər olub və matçda əlavə vaxt oynanılıb. 117-ci və 120-ci dəqiqədə qol vuran “Dinamo” qruplara vəsiqə əldə edib. Mahir bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

Çempionlar Liqası
Pley-off mərhələsi (cavab oyunları)

24 avqust

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Budyo-Qlimt” (Norveç) – 4:1
Qollar:
 M.Orşiç, 4, B.Petkoviç, 35, Y.Drmiç, 117, P.Boçkay, 120 – A.Qronbek, 60
İlk oyun – 0:1

“Trabzonspor” (Türkiyə) – “Kopenhagen” (Danimarka) – 0:)
İlk oyun – 1:2

PSV (Niderland) – “Reyncers” (Şotlandiya) – 0:1
Qol: 
A.Çolak, 60
İlk oyun – 2:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43