Kateqoriyasız

Mahirli “Dinamo” Xorvatiya çempionu oldu

Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

İdmanxeber.az xəbər verir ki, komanda bu gün 35-ci turda səfərdə “Sibenik”ə 2:0 hesabı ilə qalib gələrək buna nail olub.

Mahir sözügedən görüşdə sonadək ehtiyatda qalıb.

“Sibenik” – “Dinamo” (Zaqreb) – 0:2

Qollar: Toliç, 40, Boçkay, 53

Beləliklə, “Dinamo” tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43