Dünya futbolu

“Mançester Siti” “Barsa”dan 50 milyon tələb edir

“Mançester Siti” Joao Kanselonun transferi üçün “Barselona”dan 40-50 milyon avro tələb edir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi 29 yaşlı portuqaliyalı üçün 30 milyon avro təklif etməyə hazırdır. Bu mövsüm Kanselo 33 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun icarə müddəti 2024-cü ilin iyun ayının sonuna qədərdir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43