“Mançester Siti” Tino Livramentonu heyətinə qatmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” 23 yaşlı müdafiəçi üçün təxminən 80 milyon avro ödəməyə hazırdır.
“Nyukasl” isə futbolçu ilə müqavilənin uzadılması danışıqlarında irəliləyiş əldə edə bilməyib. Livramento 2023-cü ildən komandanın formasını geyinir və onun müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
İngiltərəli müdafiəçi bu mövsüm 19 matçda meydana çıxıb və 1 assistlə yadda qalıb.

