Kateqoriyasız

“Mançester Siti”nin sabiq üzvü Azərbaycan klubunda çıxış edə bilər

Uels millisinin və “Mançester Siti”nin sabiq futbolçusu Neyl Teylor Azərbaycandan təklif alıb.

İdmanxeber.az  “The Sun” nəşrinə istinadən xəbər verir ki, azad agent olan cinah müdafiəçisi Azərbaycanla yanaşı, Türkiyə və Hindistandan da təklif alıb.

Son klubu “Midlsbro” olan uelsli futbolçu daha əvvəl “Aston Villa”da da forma geyinib.

Teylor Uels yığmasında 48 matça çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43