16 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted” yeni futbolçu ilə anlaşdı

Brayan Mbeumo “Mançester Yunayted”ə keçir.

İdmanxeber.az-ın məlumatına görə, Mançester təmsilçisi “Brentford” klubunun hücumçusu Brayan Mbeumonun transferi ilə bağlı razılıq əldə edib.

Transfer məbləği bonuslarla birlikdə 82 milyon avrodur. Şəxsi müqavilə artıq razılaşdırılıb

2024/25 mövsümündə futbolçu 42 oyun keçirib və 20 qol vurub. “Transfermarkt” portalına əsasən, 25 yaşlı futbolçunun bazar dəyəri 55 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43