29 İyun 2026
İdman

“Maribor” fanatlarından xoşagəlməz hərəkət

Bu gün Avropa Liqasının “pley-off” mərhələsi çərçivəsində keçiriləcək “Maribor” – “Qəbələ” matçından əvvəl xoşagəlməz hadisə baş verib. Belə ki, gecə saatlarında təçmsilçimizin yerləşdiyi otelin qarşısında petardalar partladılıb. Yüksək səsə “Qəbələ”nin futbolçuları, məşqçi korpusu və rəsmi nümayəndələr oyanıblar. Otel işçiləri məsələdən xəbərsiz olduğunu bildiriblər. 

Hadisə ilə bağlı “Qəbələ” nümayəndələri UEFA-ya və polisə məlumat veriblər. (CBC Sport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43