05 İyun 2026
Dünya futbolu

Mark-Andre ter Ştegen Premyer Liqaya transfer oluna bilər

“Barselona” klubunun alman qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl” 33 yaşlı qolkiperlə maraqlanır. Premyer Liqa təmsilçiləri futbolçunu əvvəlcə icarəyə götürmək, daha sonra isə birdəfəlik transfer etmək variantını nəzərdən keçirirlər.

Mark-Andre ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir və bu müddətdə komandanın əsas simalarından birinə çevrilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43