İdman

Maskerano “Yuventus”a qarşı oynayacaq?

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçı çərçivəsində "Barselona" doğma azarkeşləri önündə "Yuventus"u qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmadan öncə Xavyer Maskeranonun durumuna aydınlıq gəlib. Əvvəlcə zədəli olduğu üçün futbolçunun matçı buraxacağı deyilsə də, argentinalının adı oyunun iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, Turində keçirilən ilk qarşılaşmada ispanlar 0:3 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43