07 İyul 2026
Dünya futbolu

Mbappe birinci, Neymar ikinci oldu

Fransa çempionatında ən çox maaş alan futbolçularının sihaısı bəlli olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu “L’Equipe” nəşri məlumat yayıb. Bildirilir ki, siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir.

Fransalı hücumçu Paris klubunda vergilər xaric ayda 6 milyon avro qazanır. İkinci sırada Neymar (3,675), üçüncü yerdə isə Messi (3, 375) qərarlaşıb.

“İlk 10″luğun son sırasında Paris klubunun müdafiəçisi Nordi Mukiele dayanıb. Fransalı müdaəfiçi ayda 700 min avro maaş alır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43