Bakı “İnter”inin hücumçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna keçidi rəsmiləşib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Albaniya mətbuatı xəbər yayıb. Son ölkə çempionu Raufla yanaşı yarımmüdafiəçi Ardit Pepoşinin də təqdimat mərasimini bu gün keçirib.
Qeyd edək ki, “İnter” rəhbərliyi Raufun klubla 2018-ci ilə qədər müqaviləsi olduğunu və bu transferin mümkün olmadığını bildirirdi.