05 İyun 2026
Dünya futbolu

“Messi insanlara heç vaxt unutmayacaqları anlar bəxş edir”

“Real” və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi, “İnter Mayami”nin sahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messi haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, klubu rəhbəri ulduz futbolçunun komanda gəlişini belə şərh edib:

“Komandaya və kluba sadiq olduğumu göstərmək üçün Leodan əvvəl gəlmək istəyirdim. Amma zəhmətdən sonra bu andan həzz almaq mənim üçün də vacib idi. Onun necə gəldiyini, özünü necə peşəkar apardığını, bütün gənc futbolçulara nümunə göstərdiyini görmək istəyirdim. O, super ulduzdur, lakin ən təvazökar oyunçudur. İnsanlar ona uyğunlaşmaq üçün vaxt lazım ola biləcəyini söylədi. Amma bu ona cəmi bir neçə saniyə çəkdi. Leo insanlara heç vaxt unutmayacaqları anlar bəxş edir”.

36 yaşlı Messi 2023-cü ilin iyulundan “İnter Mayami”də çıxış edir. Ümumilikdə Amerika klubunda 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43