Lionel Messinin “Barselona”ya qayıdacağı tarix açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu bu həftə Kataloniya klubu ilə müqavilə bağlaya bilər. O, bir müddətdir “Barselona”nın baş məşqçisi Xavi ilə danışıq aparır.
35 yaşlı futbolçunun PSJ ilə müqaviləsi mövsüm sonu başa çatır.
Messi cari mövsüm 33 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

