Dünya futbolu

Messinin gəlişi onu narahat etdi: Ulduz futbolçu PSJ-dən ayrılmaq istəyir

Lionel Messini heyətinə qatan PSJ-de Mbappe problemi yaşanır.

İdmanxeber.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Mbappe komandadan ayrılmaq istədiyini rəhbərliyə bildirib. Müqaviləsi növbəti mövsümdə başa çatacaq fransalı futbolçunun Messi transferidən sonra komandadan getmək qərarında israrlı olduğu bildirilir.

Qeyd edək ki, Mbappenin xidmətində “Real” maraqlıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43