04 İyun 2026
Ölkə futbolu

“Meydanda görmək istədiyim komanda yoxdur” – Elmar Baxşıyev 

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”ə məğlub olaraq (0:1) mübarizəni dayandırmaqları haqda danışıb.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının zəif oyun göstərdiyini etiraf edib: 

“Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik.

Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı etmək məcburiyyətindəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43